Futbol üzrə UEFA Gənclər Liqasının əsas mərhələsində “Mançester Yunayted” və “Sabah”ın U-19 komandaları arasında keçiriləcək qarşılaşmanın hakimləri müəyyənləşib.
İdman.Biz xəbər verir ki, görüşün idarə olunması Belçikadan olan hakimlər briqadasına həvalə edilib.
Matçın baş hakimi FIFA referisi Simon Burdohue olacaq. Ona həmyerliləri Maykl Qeerolf və Yonas Van Duk kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakiminin adı isə hələ açıqlanmayıb.
Qeyd edək ki, UEFA Gənclər Liqasındakı qarşılaşma senyabrın 10-da Mançester şəhərində keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
