Rud Qullitin keçmiş həyat yoldaşı: “Onu qonaq otağımda başqa qadınla yaxaladım”

8 Sentyabr 2026 09:58
82
Rud Qullitin keçmiş həyat yoldaşı: “Onu qonaq otağımda başqa qadınla yaxaladım”

Niderland millisinin və “Milan” klubunun əfsanəsi Rud Qullitin həyat yoldaşı olmuş Estel Kroyf onların evliliyinin dağılmasına səbəb olan hadisəni xatırlayıb.

İdman.Biz xəbər verir ki, o bu barədə Niderland televiziyasının efirində çıxış edərəkən bildirib.

Kroyf bildirib ki, boşanmasına səbəb ərini başqa qadınla yaxalaması olub:

“Bu, ərimi qonaq otağımda başqa qadınla yaxaladığım üçün baş verdi. Uşaqlarla birlikdə içəri girdim və qızım da, oğlum da bütün bunları gördü. Buna görə boşandım. Bu, tez unudula biləcək bir şey deyil. Əlbəttə, zaman keçdikcə bu hisslər azalır. Zaman bütün yaraları sağaldır, amma hər zaman gözləməyə vaxtınız olmur. Məsələ bunun üçün nə qədər vaxt lazım olmasında deyil”.

Estel daha sonra özündən 21 yaş kiçik, Mərakeş əsilli kikboksinq üzrə dünya çempionu Badr Hariyə aşiq olub.

“Rudun bilməli olduğu bir məsələ var. Badr məni Ruddan oğurlamadı... Rud özü məni ona verdi. Mən ondan ayrıldığımı deyəndə çox qəzəbləndi. Əlbəttə, Rudun başqa qadınlarla münasibətləri olub. O, evliliyimiz boyunca həmişə mənə xəyanət edib. Əlbəttə, mən bundan xəbərdar idim. Təbii ki, o, bütün bunları hər dəfə inkar edirdi. İllər keçdikcə ona olan etimadım azalırdı. Sonda isə ona heç etibar etmirdim”, - deyə Estel bildirib.

İdman.Biz
Məqalədə: