“Səbail” heyətinə yeni futbolçu cəlb etdi

8 Sentyabr 2026 10:55
72
“Səbail” heyətinə yeni futbolçu cəlb etdi

“Səbail” klubu heyətinə Fransa Üçüncü Liqasından futbolçu qatıb.

İdman.Biz xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Azərbaycan Birinci Liqası təmsilçisi Sofian Boudraa ilə anlaşıb. 23 yaşlı yarımmüdafiəçi ilə “1+1” illik müqavilə imzalanıb.

Qeyd edək ki, oyunçu son olaraq Fransa Üçüncü Liqasında “Aubagne Air Bel” klubunda çıxış edib.

İdman.Biz