Azərbaycanın “Neftçi” komandası yeni futbolçu transfer edib.
İdman.Biz xəbər verir ki, Bakı təmsilçisi Finlandiyanın “Qnistan” klubunda çıxış edən nigeriyalı Adeleke Akinyemi ilə müqavilə imzalayıb.
28 yaşlı mərkəz hücumçusu iki il əvvəl “İlves”in heyətində Finlandiya çempionatının gümüş medalını qazanaraq UEFA Avropa Liqasına vəsiqə əldə edib.
Akinyemi bu mövsüm “Qnistan”ın heyətində Finlandiya çempionatında keçirilən 22 oyunun hamısında meydana çıxıb. O, 13 qolla turnirin bombardiri olub.
2017-ci ildə Latviya yüksək liqasının ən məhsuldar futbolçusu olan Akinyemi “Neftçi” ilə 2+1 illik müqavilə imzalayıb. O, yeni komandasında 26 nömrəli formanı geyinəcək.
