Enzo Fernandes “Çelsi” azarkeşlərinə müraciət edib

2 Sentyabr 2026 10:26
102
Enzo Fernandes “Çelsi” azarkeşlərinə müraciət edib

Futbol üzrə Argentina millisinin yarımmüdafiəçisi Enzo Fernandes transferinin başa çatmasından sonra “Çelsi” azarkeşlərinə müraciət edib.

İdman.Biz xəbər verir ki, argentinalı futbolçu sosial şəbəkə hesablarında vida mesajı yayımlayaraq London klubundan ayrılmaq qərarının onun üçün asan olmadığını etiraf edib.

“Son günlər mənim üçün asan keçmədi. Bu sətirləri yazmaq da asan deyil. Həqiqət budur ki, özümü ən yaxşı vəziyyətdə hiss etmirdim”, - deyə Fernandes bildirib.

Futbolçu komanda yoldaşlarına, klub əməkdaşlarına və azarkeşlərə təşəkkür edib. O, “Stemford Bric” stadionunun və Kobhemdəki məşq bazasının üç il ərzində özü və ailəsi üçün ev olduğunu xatırladıb.

Qeyd edək ki, “Mançester Siti” 25 yaşlı yarımmüdafiəçinin transferini transfer pəncərəsinin son günündə rəsmiləşdirib. Müqavilənin məbləği 125 milyon funt-sterlinq təşkil edib. Bu, İngiltərə futbolunda transfer rekordu ilə eyni göstəricidir.

Fernandes Mançester klubu ilə be illik müqavilə imzalayıb. O, 2023-cü ilin yanvarından “Benfika”dan keçdiyi “Çelsi”də çıxış edirdi.

İdman.Biz
Məqalədə: