Qurban Qurbanov: “Zədəli futbolçularımız var, diqqətli olmalıyıq”

26 Avqust 2026 13:40
145
Qurban Qurbanov: “Zədəli futbolçularımız var, diqqətli olmalıyıq”

“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov “Tvente” ilə cavab oyununda azarkeşləri sevindirməyə çalışacaqlarını bildirib.

İdman.Biz xəbər verir ki, mütəxəssis bunu UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderland təmsilçisi ilə Bakıda keçiriləcək cavab matçından əvvəl mətbuat konfransında deyib.

Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan “Sabah”ı da təbrik edib:

“Sabah”ı təbrik edirəm, uğurlar arzulayıram. “Tvente” ilə oyun bizim üçün vacibdir. Maraqlı oyun olacaq. Azarkeşləri sevindirməyə çalışacağıq. Həddindən artıq diqqətli olmalıyıq. Rəqib potensiallı futbolçulara malikdir. Hesabda öndə olmağımız əlavə üstünlükdür, həm də təhlükədir. Heyətdə zədə səbəbindən sıxıntılarımız olduğu üçün daha diqqətli davranmalıyıq”.

Qeyd edək ki, “Qarabağ” - “Tvente” görüşü avqustun 27-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Komandalar arasında Niderlandda baş tutan ilk oyunda Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

İdman.Biz