AFFA İntizam Komitəsi iki klubu cərimələdi

26 Avqust 2026 14:20
108
AFFA İntizam Komitəsi iki klubu cərimələdi

AFFA İntizam Komitəsi iki klubu cərimələyib.

İdman.Biz xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul edilib.

Azərbaycan Premyer Liqasında ikinci turun “Zirə” - “İmişli” oyununda qonaq komanda beş futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.

“Neftçi” – “Araz-Naxçıvan” oyununda isə stadionun işıqlandırılmasında yaranan problem səbəbindən matç 4 dəqiqə dayandırılıb. Paytaxt təmsilçisi buna görə 2000 manat cərimə ödəyəcək.

İdman.Biz
Məqalədə: