“Şəfa-2” 0:3 hesablı texniki məğlubiyyət aldı

26 Avqust 2026 14:15
93
“Şəfa-2” 0:3 hesablı texniki məğlubiyyət aldı

AFFA İntizam Komitəsi Əvəzedicilər Liqasında çıxış edən “Şəfa-2” komandasına texniki məğlubiyyət verib.

İdman.Biz xəbər verir ki, buna I turun “Zirə-2” ilə matçında yaşanan hal səbəb olub.

Qarşılaşmanın 73-cü dəqiqəsində “Şəfa-2” komandasının heyətində adı protokolda olmayan futbolçu Murad Fərzəliyev meydana çıxıb.

Bu səbəbdən texniki məğlubiyyətlə (0:3) cəzalanadırılan komanda həmçinin 500 manat cərimə ödəməli olacaq

İdman.Biz
Məqalədə: