Vaqif Cavadov Bakıda “Tvente”ni ziyarət edib - FOTO/VİDEO

26 Avqust 2026 15:24
115
Vaqif Cavadov Bakıda “Tvente”ni ziyarət edib - FOTO/VİDEO

Futbol üzrə Azərbaycanın U-20 millisinin köməkçi məşqçisi Vaqif Cavadov Bakıda “Tvente” komandasını ziyarət edib.

İdman.Biz xəbər verir ki, bu barədə Niderland təmsilçisi məlumat yayıb.

37 yaşlı mütəxəssis Enshede komandasının “Qarabağ”a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu ərəfəsində klubun qaldığı hotelə yollanıb.

V.Cavadov 2010/2011 mövsümündə “Tvente”nin formasını geyinib.

Xatırladaq ki, Niderlandda baş tutan ilk görüşdə “Qarabağ” rəqibini 1:0 hesabı ilə məğlub edib. Cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

İdman.Biz