“Sanderlend” “Barselona”nın futbolçusu üçün danışıqlara başlayıb

26 Avqust 2026 14:10
97
“Sanderlend” “Barselona”nın futbolçusu üçün danışıqlara başlayıb

İspaniyanın “Barselona” futbol komandasının yarımmüdafiəçisi Mark Kasadonun komandadan ayrılması ehtimalı yüksəlib.

İdman.Biz xəbər verir ki, “Sanderlend” 22 yaşlı ispaniyalının transferi uğrunda mübarizəyə ciddi şəkildə qoşulub və onun keçidi ilə bağlı danışıqlar aparır.

Kasado baş məşqçi Hansi Flikin yeni mövsüm üçün əsas planlarına daxil deyil və bir müddətdir komandadan ayrı məşq edir.

Futbolçu Səudiyyə Ərəbistanından təkliflər alsa da, karyerasını Avropada davam etdirməyə üstünlük verir.

“Sanderlend”lə yanaşı, “Nottingem Forest”, “Aston Villa”, “Nyukasl” və “Brayton”un da futbolçu ilə maraqlandığı bildirilir.

“Barselona”nın Kasadonun satışından 30–40 milyon avro gəlir əldə etmək istədiyi qeyd olunur.

İdman.Biz
Məqalədə: