“Sabah”ın Çempionlar Liqasındakı rəqibləri sabah bəlli olacaq

26 Avqust 2026 12:57
117
“Sabah”ın Çempionlar Liqasındakı rəqibləri sabah bəlli olacaq

UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün əsas mərhələsinin püşkatma mərasimi sabah keçiriləcək.

İdman.Biz xəbər verir ki, mərasim Bakı vaxtı ilə saat 20:00-da Monakoda baş tutacaq.

Püşkatmada Azərbaycan çempionu “Sabah” da daxil olmaqla 36 komandanın əsas mərhələsindəki rəqibləri müəyyənləşəcək. Bu komandaların 29-u turnirin əsas mərhələsinə birbaşa vəsiqə qazanıb, 7-si isə pley-off mərhələsini keçib.

Yeni formatda hər komanda 8 fərqli rəqiblə qarşılaşacaq. Klublar hər səbətdən iki rəqib əldə edəcək. Qarşılaşmaların 4-ü evdə, 4-ü isə səfərdə keçiriləcək.

Əmsalına görə dördüncü səbətdə yer alan “Sabah” hər səbətdən iki rəqiblə qarşılaşacaq. Azərbaycan çempionunun potensial rəqibləri arasında Avropanın ən güclü klubları da var.

Birinci səbət

“Bavariya” (Almaniya), “Real” Madrid (İspaniya), PSJ (Fransa), “Liverpul” (İngiltərə), “İnter” (İtaliya), “Mançester Siti” (İngiltərə), “Arsenal” (İngiltərə), “Barselona” (İspaniya), “Atletiko” Madrid (İspaniya).

İkinci səbət

“Borussiya” Dortmund (Almaniya), “Roma” (İtaliya), “Sportinq” (Portuqaliya), “Aston Villa” (İngiltərə), “Portu” (Portuqaliya), “Mançester Yunayted” (İngiltərə), “Brügge” (Belçika), “Betis” (İspaniya), PSV (Niderland).

Üçüncü səbət

“Feyenoord” (Niderland), “Lill” (Fransa), “Lion” – “Fənərbağça” cütünün qalibi, “Bodo-Qlimt” (Norveç), “Napoli” (İtaliya), “Leypsiq” (Almaniya), “Vilyarreal” (İspaniya), “Şaxtyor” (Ukrayna), “Qalatasaray” (Türkiyə).

Dördüncü səbət

“Slaviya” Praqa (Çexiya), “Ştutqart” (Almaniya), “AEK Afina” – “Levski” cütünün qalibi, “Vikinq” – “Dinamo” Zaqreb cütünün qalibi, “Komo” (İtaliya), “Lans” (Fransa), “Celje” – “Slovan” Bratislava cütünün qalibi, LASK (Avstriya) və “Sabah” (Azərbaycan).

Qeyd edək ki, 3-cü və 4-cü səbətlərin yekun tərkibi bu gün keçiriləcək son dörd pley-off cavab oyunundan sonra tam müəyyənləşəcək. Bu qarşılaşmalarda “AEK Afina” – “Levski”, “Vikinq” – “Dinamo” Zaqreb, “Celje” – “Slovan” Bratislava və “Lion” – “Fənərbağça” cütləri üz-üzə gələcək.

“Sabah” isə pley-off mərhələsində İsrailin “Hapoel Beer-Şeva” klubunu iki oyunun nəticəsinə görə 6:4 hesabı ilə məğlub edərək tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib.

Əsas mərhələsinin ilk oyunları 8-10 sentyabrda keçiriləcək. Püşkatmadan sonra “Sabah”ın konkret rəqibləri və oyunların təqvimi müəyyənləşəcək. UEFA matçların tarix və saatlarını ən geci avqustun 29-da açıqlayacaq.

İdman.Biz