Çempionlar Liqası: “Sabah” - “Hapoel” matçına 15 min bilet satılıb

21 Avqust 2026 15:48
86
Çempionlar Liqası: “Sabah” - “Hapoel” matçına 15 min bilet satılıb

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Sabah” - “Hapoel” (Beer-Şeva) oyununa 15 000 bilet satılıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan çempionunun mətbuat xidməti məlumat yayıb.

Qarşılaşma avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xatırladaq ki, tərəflər arasında Rumıniyanın paytaxtı Buxarestdə keçirilən ilk oyun “Hapoel”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz
Məqalədə: