UEFA və KONKAKAF 96 milli komandanın iştirakı ilə yeni turnir yaratmağı müzakirə edir

21 Avqust 2026 14:32
117
UEFA və KONKAKAF 96 milli komandanın iştirakı ilə yeni turnir yaratmağı müzakirə edir

Konfederasiyalar İnfantino və FIFA-ya qarşı dayanmaq üçün Millətlər Liqalarını birləşdirərək vahid turnir yarada bilər.

İdman.Biz bu barədə “The Guardian”a istinadən məlumat yayıb.

Yeni yarışın A Liqasında Avropanın ən güclü milli komandaları Şimali və Mərkəzi Amerikanın ən yaxşı yığmaları ilə qarşılaşacaq.

Turnirin ilk dəfə 2028-ci ildə keçirilməsi və iki ildən bir təşkil olunması planlaşdırılır.

Qrup mərhələsinin oyunlarının sentyabr, oktyabr və noyabr aylarında, pley-off qarşılaşmalarının martda, final mərhələsinin isə iyunda keçirilməsi nəzərdə tutulur.

İdman.Biz
Məqalədə: