“Liverpul” futbol klubu “Brayton”un vingeri Yankuba Minte ilə bağlı klubuna rəsmi təklif göndərib.
İdman.Biz xəbər verir ki, bu barədə “The Athletic”in məlumat dərc edib.
Mersisayd təmsilçisi 22 yaşlı qambiyalı futbolçu üçün 50 milyon funt ödəməyə hazır olduğunu bildirib. Lakin “Brayton” “Liverpul”un ilk təklifini qəbul etməyib.
Hazırda zədəli olan Minte buna baxmayaraq, “Liverpul”un transfer planlarına daxildir.
Minte 2025/26 mövsümündə “Brayton”ın heyətində 36 oyuna çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.
