Madridin “Atletiko” klubunun azarkeşləri komandanın hücumçusu Xulian Alvaresə qarşı etiraz aksiyası keçiriblər.
İdman.Biz yerli mediaya istinadən xəbər verir ki, səhər saatlarında Madrid klubunun məşq bazasının qarşısında argentinalı futbolçuya ünvanlanan plakatlar peyda olub.
Plakatlardan birində Alvaresin çıxış etdiyi 19 nömrəli forma nömrəsinin üstündən xətt çəkilib. Digərində isə “Xulian, rədd ol” yazılıb.

Azarkeşlərin narazılığı futbolçunun “Barselona”ya keçmək istəyi ilə bağlı açıqlamaları ilə əlaqədardır.
Bundan əvvəl “Atletiko” azarkeşləri avqustun 19-da La Liqanın ilk turunda “Malaqa” ilə keçirilən və Madrid klubunun 2:0 hesablı qələbəsi ilə başa çatan oyunda Alvaresin ünvanına təhqiramiz ifadələr səsləndiriblər.
Argentinalı hücumçu isə həmin qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
