Rusiyanın “Lokomotiv” futbol klubunun yarımmüdafiəçisi olmuş Aleksey Batrakovun Moskvadan İstanbula - “Qalatasaray”la müqavilə imzlamaq məqsədi ilə uçuşu böyük maraq doğurub.
İdman.Biz xəbər verir ki, 21 yaşlı futbolçunun “Qalatasaray”a transferini izləyənlər üçün xüsusi canlı yayım təşkil olunub. Batrakovun olduğu təyyarənin hərəkətini göstərən yayımı eyni vaxtda 7 000 azarkeş izləyib.
Futbolçunun olduğu təyyarə artıq İstanbula eniş edib. Batrakov Türkiyə klubuna keçidi rəsmiləşdirmək üçün tibbi müayinədən keçəcək və şəxsi müqavilə ilə bağlı danışıqların yekun mərhələsini tamamlayacaq.
Batrakov Moskva “Lokomotiv”inin yetirməsidir. O, karyerasında əsas komandanın formasını geyinib və indi klubdan ayrılaraq “Qalatasaray”a keçməyə hazırlaşır.
