Messi rəqibinə zərbə vurdu: argentinalı futbolçunu cəza gözləyir - VİDEO

20 Avqust 2026 15:30
85
Messi rəqibinə zərbə vurdu: argentinalı futbolçunu cəza gözləyir - VİDEO

Lionel Messi “Filadelfiya Yunion”la matçda yaşanan insidentə görə cəzalandırıla bilər.

İdman.Biz xəbər verir ki, görüşün ikinci hissəsində argentinalı futbolçu rəqib komandanın üzvü Kuin Sallivana zərbə endirib. Hadisə ilə bağlı məsələ İntizam Komitəsində araşdırılacaq.

İddia olunur ki, Messinin böyük ehtimalla cərimələnəcəyi gözlənilir. Bununla belə, qaydalara əsasən, futbolçu bir oyunluq diskvalifikasiya da oluna bilər.

Qeyd edək ki, Messi sözügedən qarşılaşmada qol vurub. Lakin “İnter Mayami” qələbə qazana bilməyib. Matç 2:2 hesabı ilə başa çatıb.

İdman.Biz