AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının birinci turunda qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.
İdman.Biz xəbər verir ki, mütəxəssis bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib.
O, ümumilikdə üç oyundakı mübahisəli epizodu dəyərləndirib.
R.Həsənov FIFA referisi Kamal Umudlunun “Sumqayıt” - “Neftçi” görüşündə bir epizodda səhv qərar verdiyini bildirib.
