Ruan Renato Azərbaycan çempionatında tarixə düşdü

17 Avqust 2026 14:31
84
Ruan Renato Azərbaycan çempionatında tarixə düşdü

“Zirə” futbol klubunun müdafiəçisi Ruan Renato Misli Premyer Liqasının birinci turunda Bakı klubunun heyətində 100-cü çempionat matçına çıxıb.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, 2023-cü ildən paytaxt təmsilçisində çıxış edən braziliyalı futbolçu bu görüşlərdə 13 qola imza atıb.

O, Azərbaycan çempionatları tarixinə eyni klubun heyətində yüksək dəstədə 100 və daha çox matç keçirən dördüncü braziliyalı kimi düşüb.

Bu göstəricidə rekord “Neftçi”də 133 oyun keçirən Flavinyoya məxsusdur. Denis Silva isə 2 fərqli klubda 100 matç həddini aşıb:

Flavinyo (“Neftçi”) - 133
Dodo (“Qəbələ”) - 131
Denis Silva (“Neftçi”) - 116
Denis Silva (“Şamaxı”) - 113
Ruan Renato (“Zirə”) - 100

Qeyd edək ki, Braziliya əsilli Riçard Almeyda “Qarabağ”da daha çox oyun keçirsə də, karyerasının gedişində Azərbaycan millisinin şərəfini qoruyub və legioner statusu daşımayıb.

İdman.Biz