Tufan Sadıqov futboldan uzaqlaşdırılması qərarından CAS-a şikayət verib

10 Avqust 2026 22:17
214
Tufan Sadıqov futboldan uzaqlaşdırılması qərarından CAS-a şikayət verib

Moskva vilayətinin “Ximki” komandasının keçmiş investoru, Azərbaycan əsilli Tufan Sadıqov Rusiya Futbol İttifaqının (RFU) futboldan ömürlük uzaqlaşdırılması qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti verib.

İdman.Biz CAS-ın rəsmi saytına istinadən bildirir ki, dinləmə bu ilin 14 oktyabrında keçiriləcək.

2024/2025 mövsümündə "Ximki" Rusiya Premyer Liqasının turnir cədvəlində 12-ci yeri tutaraq yüksək diviziondakı yerini qoruyub saxlayıb. Lakin klub yeni mövsüm üçün lisenziya ala bilməyib. 2025-ci ilin yazında oyunçular və klub işçiləri əmək haqqı borclarından şikayətlənib və hətta oyunları boykot etməklə hədələyiblər.

Sadıqov 7 noyabr 2025-ci ildə futbolla bağlı hər hansı bir fəaliyyətdən ömürlük uzaqlaşdırılıb.

İdman.Biz