Ferran Torres PSJ iddialarına münasibət bildirib

4 Avqust 2026 10:03
153
Ferran Torres PSJ iddialarına münasibət bildirib

İspaniyanın “Barselona” futbol komandasının hücumçusu Ferran Torres PSJ-yə mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

İdman.Biz xəbər verir ki, 25 yaşlı futbolçu Kataloniya təmsilçisindən gələcəyi ilə bağlı konkret addım gözlədiyini açıqlayıb.

“Barselona” məni saxlamaq istədiyini göstərməlidir. Əgər mənimlə maraqlanırlarsa, gəlib danışıqlara başlaya bilərlər. Sonda hər şey barədə razılığa gəlmək mümkündür. Ancaq PSJ kimi klubun səni transfer etmək istəməsi həmişə yaxşı əlamətdir”, - deyə Torres söyləyib.

Ferran Torresin “Barselona” ilə müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

İdman.Biz