İtaliyanın “Milan” futbol komandasının əfsanəvi müdafiəçisi Franko Barezi 66 yaşında vəfat edib.
İdman.Biz “La Gazzetta”ya istinadən xəbər verir ki, klub bəyanatında Barezi “Milan”ın ruhunu və tarixini təcəssüm etdirən şəxs kimi xarakterizə olunub.
Barezi ötən il ağciyərində aşkarlanan düyün səbəbindən əməliyyat olunub. O, sonuncu dəfə ictimaiyyət qarşısına Milan-Kortina 2026 Qış Olimpiya Oyunlarının açılış mərasimində çıxıb.

Karyerasını bütünlüklə “Milan”da keçirən müdafiəçi komandanın heyətində 719 oyuna çıxıb, altı dəfə İtaliya çempionu, üç dəfə isə Avropa Kuboku/Çempionlar Liqasının qalibi olub. Barezi İtaliya millisində 81 oyun keçirib və 1982-ci ildə dünya çempionluğunu qazanıb. Karyerasını 1997-ci ildə başa vurduqdan sonra “Milan” onun çıxış etdiyi 6 nömrəli formanı dövriyyədən çıxarıb.

