“Neftçi” - “Dinamo” oyununa indiyədək neçə bilet satılıb? - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA

22 İyul 2026 16:26
133
“Neftçi” - “Dinamo” oyununa indiyədək neçə bilet satılıb? - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA

Bu gün Bakıda keçiriləcək “Neftçi” və Belarusun “Dinamo” (Minsk) komandaları arasında UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununa indiyədək 5000 bilet satılıb.

İdman.Biz xəbər verir ki, bunu klubun mətbuat katibi Asəf Zeynallı saytımıza açıqlamasında deyib.

Onun sözlərinə görə, bilet satışı davam edir və qarşılaşmaya maraq yüksəkdir.

Qeyd edək ki, UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Neftçi” bu gün Belarusun “Dinamo” (Minsk) komandasını qəbul edəcək. Görüş saat 20:00-da “Palms Sports Arena”da başlayacaq. Stadionun tamaşaçı tutumu 11 000 nəfərdir.

Xatırladaq ki, cütün qalibi UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində “Jelezniçar” (Serbiya) - “Braqa” (Portuqaliya) cütünün qalibi ilə qarşılaşacaq.

İdman.Biz
Məqalədə: