“Liv Bona Dea Arena”da ot örtüyünün yenilənməsi işləri Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünün startına qədər tamamlanacaq.
İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidmətindən report.az-a bildirilib.
Məlumatda həmin vaxta qədər arenada gedən bütün yenilənmə işlərinin başa çatacağı bildirilib.
Qeyd edək ki, stadionda hibrid tikişli (Hybrid stitched) texnologiya əsasında hazırlanan yeni örtük təxminən 95 faiz təbii ot və 5 faiz sintetik lifdən ibarətdir. Bu texnologiya futbol kimi yüksək intensivlikli idman növlərində örtüyün zədələnməsinin qarşısını alır.
Görülən işlər ot örtüyünün keyfiyyətinin yüksəldilməsi, dayanıqlılığının artırılması və beynəlxalq standartlara daha da uyğunlaşdırılması məqsədi daşıyır.
Azərbaycan Premyer Liqasında yeni mövsüm avqustun 14-də start götürəcək.
