“Qarabağ” mərhələ keçərsə, rəqibi Bolqarıstan klubu olacaq

17 İyul 2026 00:11
102
“Qarabağ” mərhələ keçərsə, rəqibi Bolqarıstan klubu olacaq

“Qarabağ” UEFA Avropa Liqasının birinci təsnifat mərhələsini keçərsə, qarşılaşacağı rəqib məlum olub.

İdman.Biz bildirir ki, bu, Bolqarıstanın CSKA klubudur.

Sofiya komandası birinci təsnifat mərhələsində Şimali İrlandiyanın “Derri Siti” kollektivini üstələyib.

İlk oyunda evdə 3:2 hesabı ilə qalib gələn sofiyalılar ikinci matçda da üstün olublar – 2:1.

Komandalar arasında ilk oyun iyulun 23-də olacaq.

İdman.Biz