İngiltərənin “Mançester Yunayted” futbol komandasının hücumçusu Markus Reşford karyerasını Türkiyədə davam etdirməyi planlaşdırmır.
İdman.Biz “TEAMtalk”a istinadən xəbər verir ki, 28 yaşlı futbolçu ilə “Fənərbağça” arasında heç bir danışıq aparılmır. Reşfordun İstanbul təmsilçisinə keçmək niyyəti yoxdur.
İngiltərəli hücumçu DÇ-2026-dan sonra “Mançester Yunayted”in mövsümöncəsi hazırlığına qoşulacaq. Komandanın baş məşqçisi Maykl Kerrik Reşfordla işləmək və onun vəziyyətini hazırlıq dövründə qiymətləndirmək istəyir.
Reşfordun yay transfer dövründə “Mançester Yunayted”dən ayrılması istisna edilmir. Lakin futbolçu yalnız aparıcı klublardan uyğun təklif alacağı halda keçidi nəzərdən keçirəcək.
