“Qarabağ”ın oyunu canlı yayımlanmaya bilər - VİDEO

16 İyul 2026 15:09
109
“Qarabağ”ın oyunu canlı yayımlanmaya bilər

Futbol üzrə Avropa Liqasının birinci təsnifat məhələsinin “Vestri” - “Qarabağ” cavab oyunu Azərbaycanda canlı yayımlanmaya bilər.

İdman.Biz xəbər verir ki, buna səbəb İslandiyada yayım hüququna malik şirkətin yüksək tələbidir.

Bildirilib ki, sözügedən ölkənin matçın yayım hüququna sahib telekanalı “CBC Sport”un qarşısına yüksək şərtlər qoyub:

“İslandiyada oyunu yayımlayan şirkət qarşımıza elə absurd tələblər qoyub ki, biz indiyədək belə hal görməmişik. Hazırda danışıqlarımız davam edir. Qarşımıza qoyulan şərtlərlə bağlı yaxında bəyanat yayacağıq” - deyə “CBC Sport”dan qol.az-a bildirilib.

Qeyd edək ki, sözügedən görüş bu gecə Bakı vaxtı ilə saat 23:59-da başlayacaq. Bu komandalar arasında ilk oyun Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb

İdman.Biz
Məqalədə: