“Sumqayıt” FK ilk yoxlama oyununda “Qəbələ” ilə üz-üzə gələcək

16 İyul 2026 15:23
108
“Sumqayıt” FK ilk yoxlama oyununda “Qəbələ” ilə üz-üzə gələcək

Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünə hazırlaşan “Sumqayıt” futbol klubu iyulun 19-da ilk yoxlama oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, bu barədə “Sumqayıt” futbol klubu məlumat yayıb.

Portuqaliyalı mütəxəssis Filipe Kandidonun rəhbərlik etdiyi komanda “Qəbələ” ilə qarşılaşacaq.

Görüşə “SOCAR Polymer Arena”da, saat 18:00-da start veriləcək.

İdman.Biz