“Mançester Yunayted” 100 milyonluq futbolçuya qayıda bilər

13 İyul 2026 04:25
87
“Mançester Yunayted” 100 milyonluq futbolçuya qayıda bilər

İngiltərənin “Mançester Yunayted” futbol komandasının yarımmüdafiəçi Karlos Balebaya marağı yenidən aktuallaşa bilər.

İdman.Biz xəbər verir ki, insayder Pit O’Rurka “qırmızı şeytanlar”ın kamerunlu futbolçunu hələ də diqqətdə saxladığını yazıb.

“Mançester Yunayted” ötən yay da Balebanın transferində maraqlı olub. Lakin İngiltərə Premyer Liqası təmsilçisi “Brayton”un futbolçu üçün 100 milyon funt sterlinqdən (228 milyon AZN) çox tələb etməsi və yarımmüdafiəçinin son mövsümdə əvvəlki səviyyəsini göstərə bilməməsi klubun geri çəkilməsinə səbəb olub.

Pit O’Rurkun sözlərinə görə, “Brayton” tələb etdiyi məbləği aşağı salmağa hazır olduğunu bildirsə, “Mançester Yunayted” Balebanın transferi üçün marağını gücləndirə bilər.

Mənbə bildirir ki, “Brayton” futbolçunun qiymətini əvvəlki 100 milyon funt sterlinqdən 70 milyon funt sterlinqə endirib. Lakin “Mançester Yunayted” bu məbləği də ödəmək istəmir və transferə təxminən 50 milyon funt sterlinq ayırmağa hazırdır.

“Mançester Yunayted”in yay transfer pəncərəsində heyətinə ən azı iki yeni yarımmüdafiəçi qatmaq planı var. Kazemironun ayrılması və Manuel Uqartenin uzunmüddətli zədə alması komandanın bu mövqedəki seçimlərini azaldıb.

İdman.Biz