“Real Madrid” Avstriyada “Fiorentina” ilə qarşılaşacaq

10 İyul 2026 17:49
69
“Real Madrid” Avstriyada “Fiorentina” ilə qarşılaşacaq

İspaniyanın “Real Madrid” futbol komandası mövsümöncəsi hazırlıq çərçivəsində İtaliyanın “Fiorentina” klubu ilə qarşılaşacaq.

İdman.Biz xəbər verir ki, yoxlama oyununun avqustun 1-də Avstriyanın Klaqenfurt şəhərində keçirilməsi planlaşdırılır.

Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qarşılaşma Joze Mourinyonun rəhbərliyi altında yeni mövsümə hazırlaşan “Real Madrid” üçün əsas sınaqlardan biri olacaq.

Madrid təmsilçisi mövsümöncəsi hazırlığa iyulun 13-də “Valdebebas” bazasında başlayacaq. DÇ-2026-da iştirak edən bəzi futbolçuların komandaya daha gec qoşulacağı gözlənilir.

İdman.Biz