DÇ-2026-nın 1/4 finalında keçiriləcək İspaniya - Belçika oyunu öncəsi “Opta” analitik şirkətinin superkompüteri komandaların qalib gəlmək şanslarını hesablayıb.
İdman.Biz xəbər verir ki, bu barədə “Opta Analyst” məlumat yayıb.
Belə ki, bu gün - iyulun 10-da Bakı vaxtı ilə 23:00-da keçiriləcək qarşılaşmada İspaniya millisinin əsas vaxtda qələbə qazanmaq ehtimalı 58,3 faiz qiymətləndirilib. Belçikanın qələbə şansı isə 19,1 faiz göstərilib.
Hesablamalara əsasən, oyunun əlavə vaxta və ya penaltilər seriyasına qədər uzanmaq ehtimalı 22,6 faiz təşkil edir.
Qeyd edək ki, futbol üzrə DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilir. Turnirin son dünya çempionu Argentina millisidir.
