Kamilo Duran: “Seltik”dən gələn təklifə düşünmədən razılıq verdim”

10 İyul 2026 12:55
127
Kamilo Duran: “Seltik”dən gələn təklifə düşünmədən razılıq verdim”

Şotlandiyanın “Seltik” futbol komandasının yeni transferi Kamilo Duran klubdakı hədəflərindən danışıb.

İdman.Biz “The Sun” nəşrinə istinadən xəbər verir ki, “Qarabağ”dan transfer olunan kolumbiyalı futbolçu “Seltik”in formasını geyinməkdən qürur duyduğunu bildirib.

“Bu klubda çıxış edən ilk kolumbiyalı futbolçu olmaq mənim üçün böyük şərəfdir. Uşaqlıqdan əsas arzum Kolumbiya millisində oynamaq olub. Ümid edirəm ki, burada uğurlu çıxış edərək buna nail olacağam”, - deyə Duran “”bildirib.

24 yaşlı futbolçu Şotlandiya təmsilçisinin marağını eşidən kimi transferə razılıq verdiyini söyləyib:

“Seltik”in mənimlə maraqlandığını eşidəndə heç bir tərəddüdüm olmadı. Meydana çıxmağı səbirsizliklə gözləyirəm. Özümü oyunumla doğrultmağa və komandaya qollarımla kömək etməyə çalışacağam”.

“Seltik” Kamilo Duranla beşillik müqavilə imzalayıb. Şotlandiya mətbuatının məlumatına görə, transferin ilkin məbləği üç milyon funt (7.2 milyon AZN) təşkil edir və bonuslarla birlikdə altı milyon funta (13.4 milyon AZN) qədər yüksələ bilər.

Duran ötən mövsüm “Qarabağ”ın heyətində bütün turnirlərdə 15 qol vurub. O, Çempionlar Liqasında keçirdiyi 10 qarşılaşmada beş dəfə fərqlənib.

İdman.Biz