Bəxtiyar Soltanov yeni mövsümdə “Şirvan” FK-nın formasını geyinəcək

10 İyul 2026 12:48
73
Bəxtiyar Soltanov yeni mövsümdə “Şirvan” FK-nın formasını geyinəcək

Ötən mövsüm Region Liqasında “Marafon” klubunun formasını geyinən Bəxtiyar Soltanovun yeni komandası müəyyənləşib.

İdman.Biz fanat.az-a istinadən xəbər verir ki, 37 yaşlı hücumçu karyerasını “Şirvan”da davam etdirəcək.

Son illərdə “Cəbrayıl” və “Marafon” klublarında həm futbolçu, həm də məşqçi kimi fəaliyyət göstərən Soltanov yeni komandasında da bu statusda çıxış edəcək.

Qeyd edək ki, “Şirvan” ötən mövsüm debüt etdiyi İkinci Liqanı dördüncü pillədə başa vurub. Komandanın baş məşqçisi Pərviz Bayramovdur.

İdman.Biz