“Seltik”in baş məşqçisi: “Kamilo Duran tibbi müayinədən keçib”

8 İyul 2026 13:35
101
“Seltik”in baş məşqçisi: “Kamilo Duran tibbi müayinədən keçib”

Şotlandiyanın “Seltik” futbol klubu “Qarabağ”ın hücumçusu Kamilo Duranın transferini yekunlaşdırmağa yaxındır.

İdman.Biz xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Şotlandiya klubunun baş məşqçisi Martin O’Nil də kolumbiyalı futbolçunun tibbi müayinədən keçdiyini təsdiqləyib. Təcrübəli mütəxəssis bu barədə İrlandiyanın “Şelburn” klubu ilə yoxlama oyunundan əvvəl klub televiziyasına açıqlamasında bildirib.

“Düşünürəm ki, Duran hazırda komandaya qoşulmaq üzrədir. O, tibbi müayinədən keçib. Ümid edirəm ki, Portuqaliyada bizə qoşulacaq”, - deyə O’Nil bildirib.

Şotlandiya mətbuatının yazdığına görə, “Seltik” bu keçid üçün “Qarabağ”a 5,5 milyon funt sterlinq (12,49 milyon manat) ödəyəcək.

Qeyd edək ki, Kamilo Duran ötən mövsüm “Qarabağ”ın heyətində 48 oyunda 15 qol vurub, 10 məhsuldar ötürmə edib. O, UEFA Çempionlar Liqasında keçirdiyi 10 matçda beş qolla yadda qalıb.

İdman.Biz