“Mançester Yunayted” Reşforddan maaş endirimi istəyə bilər

5 İyul 2026 17:36
89
“Mançester Yunayted” Reşforddan maaş endirimi istəyə bilər

İngiltərənin “Mançester Yunayted” futbol klubu Markus Reşfordun komandaya qayıdışı üçün ondan maaşının azaldılmasına razılıq verməsini istəyə bilər.

İdman.Biz xəbər verir ki, bu barədə “Manchester Evening News” məlumat yayıb.

“Qırmızı şeytanlar” klub daxilində daha balanslı maaş strukturu formalaşdırmağa çalışırlar. Reşford hazırkı müqaviləsinə əsasən həftəlik 325 min funt sterlinq (751 min manat) qazanır.

“Mançester Yunayted”də hesab edirlər ki, 28 yaşlı vingerin indiki maaşla komandada qalması kollektiv daxilində narazılıq yarada bilər. Bu hal digər futbolçuların da məvaciblərinin Reşford səviyyəsinə qaldırılmasını tələb etməsinə səbəb ola bilər.

Bu səbəbdən klubun Reşfordla yeni əmək müqaviləsi imzalayaraq maaş şərtlərinə yenidən baxmaq variantını nəzərdən keçirdiyi bildirilir.

Qeyd edək ki, “Mançester Yunayted”in yetirməsi olan Reşfordun klubla müqaviləsi 2028-ci ilin yayına qədərdir. O, ötən mövsümü icarə əsasında “Barselona”da keçirib.

İdman.Biz