“Real Madrid”in ilk tur oyunu təxirə salınacaq

5 İyul 2026 15:54
107
“Real Madrid”in ilk tur oyunu təxirə salınacaq

İspaniyanın “Real Madrid” futbol klubunun La Liqanın ilk turunda “Real Sosyedad”la keçirəcəyi oyun təxirə salınacaq.

İdman.Biz “AS” nəşrinə istinadən xəbər verir ki, avqustun 16-na planlaşdırılan qarşılaşma həmin ayın sonlarında baş tutacaq.

Buna səbəb “Real Madrid”in ən azı bir futbolçusunun DÇ-2026-nın yarımfinal mərhələsində iştirak edəcək olmasıdır. Daha əvvəl La Liqanın prezidenti Havyer Tebas mundialın yarımfinalında futbolçusu olan klubların ilk tur oyunlarının başqa tarixə keçiriləcəyini açıqlayıb.

DÇ-2026-nın 1/4 finalında Fransa və Mərakeş milliləri üz-üzə gələcəklər. Fransa yığmasında “Real Madrid”in futbolçuları Kilian Mbappe, Orelyen Tçuameni və İbrahima Konate çıxış edir. Mərakeş millisində isə Madrid klubunun digər üzvü Brahim Dias yer alır.

Bu səbəbdən həmin cütün qalibindən asılı olmayaraq, “Real Madrid”in futbolçularından biri mundialın yarımfinalında iştirak edəcək.

İdman.Biz