“Real” Denzel Dyumfrisi transfer etdi

5 İyul 2026 14:14
88
“Real” Denzel Dyumfrisi transfer etdi

İspaniyanın “Real Madrid” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

İdman.Biz klubun rəsmi saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi İtaliyanın “İnter” klubundan Denzel Dyumfrisi transfer edib.

Məlumata görə, “Real” 30 yaşlı sağ cinah müdafiəçisi üçün 20 milyon avro (təxminən 39,8 milyon manat) ödəyəcək. Futbolçu ilə 2030-cu ilə qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Dyumfris 2021-ci ildən “İnter”də çıxış edirdi. O, Niderland millisinin də üzvüdür.

İdman.Biz