“Real” Vinisiusla danışıqları DÇ-dən sonraya saxladı

5 İyul 2026 13:44
91
“Real” Vinisiusla danışıqları DÇ-dən sonraya saxladı

Braziliya millisinin və İspaniyanın “Real Madrid” futbol klubunun hücumçusu Vinisius Juniorun gələcəyi ilə bağlı danışıqlar DÇ-2026-dan sonra davam etdiriləcək.

İdman.Biz “Marca” ya istinadən xəbər verir ki, tərəflər dünya çempionatı davam etdiyi müddətdə yeni müqavilə məsələsini müzakirə etməmək qərarına gəliblər. Məqsəd futbolçunun bütün diqqətini Braziliya millisindəki çıxışına yönəltməsidir.

Danışıqlarda əsas maneə maliyyə şərtləridir. Mənbənin məlumatına görə, Vinisius hazırda mövsümə təxminən 20 milyon avro (təxminən 39,8 milyon manat) qazanır. Onun nümayəndələri isə maaşın illik 30 milyon avroya (təxminən 59,7 milyon manat) çatdırılmasını istəyirlər. “Real”da bu tələbin yerinə yetirilməsini real saymırlar.

Qeyd olunur ki, yeni anlaşma əldə edilməsə, braziliyalı futbolçu 2027-ci il yanvarın 1-dən başqa klublarla danışıqlar aparmaq hüququ qazanacaq.

Vinisius 2025/26 mövsümündə bütün turnirlərdə 53 oyuna çıxıb, 22 qol vurub və 14 məhsuldar ötürmə edib.

İdman.Biz