“İmişli” belaruslu qapıçı ilə də vidalaşdı

5 İyul 2026 12:59
123
“İmişli” belaruslu qapıçı ilə də vidalaşdı

“İmişli” futbol klubu qapıçısı Andrey Sinenka ilə yollarını ayırıb.

İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi belaruslu qolkiperə xidmətlərinə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, “İmişli” daha əvvəl Abbas Ağazadə, Xəzər Mahmudov, Həzrət İsayev, Elmir Rəhimzadə, Riad Abbaszadə, Orxan Fərəcov, Lətif Rzayev, Hüseynəli Quliyev, Rafael Vieqaş və baş məşqçi Jorj Kaşkilya ilə də vidalaşıb.

İdman.Biz