Klopp Almaniya millisində: Mütəxəssis razılıq verib

5 İyul 2026 13:53
106
Klopp Almaniya millisində: Mütəxəssis razılıq verib

Almaniya futbol millisinin baş məşqçisi postuna əsas namizəd müəyyənləşib.

İdman.Biz xəbər verir ki, Yurgen Klopp yığmanı çalışdırmağa razılıq verib. Tərəflər uzunmüddətli müqavilənin detalları, layihənin şərtləri və mütəxəssisin “Red Bull” qrupundan ayrılması ilə bağlı məsələləri müzakirə edirlər.

Kloppun Almaniya millisinin yeni baş məşqçisi olacağı gözlənilir. Almaniya Futbol İttifaqı (DFB) ilə danışıqlar Yulian Naqelsmanın postundan ayrılmasından sonra başlayıb.

“Red Bull” qrupunda Kloppun mümkün gedişindən sonra əvəzləyici variantlar da nəzərdən keçirilir. Oliver Qlasnerin adı gündəmə gəlsə də, bu istiqamətdə yekun qərar yoxdur.

Qeyd edək ki, Klopp daha əvvəl “Borussiya Dortmund” və “Liverpul”da uğurlu fəaliyyəti ilə tanınıb.

Almaniya 2026-cı il dünya çempionatında Paraqvaya penaltilər seriyasında uduzaraq mübarizəni erkən dayandırıb.

İdman.Biz