İspaniyanın “Atletiko Madrid” futbol komandasının baş məşqçisi Dieqo Simeone hücumçusu Xulian Alvaresin gələcəyi ilə bağlı danışıb.
İdman.Biz xəbər verir ki, argentinalı mütəxəssis ESPN-ə açıqlamasında hücumçu barədə yüksək fikirlər səsləndirib. Simeone Alvaresi fantastik futbolçu adlandırıb və onun “Atletiko Madrid” üçün xüsusi önəm daşıdığını bildirib.
Baş məşqçi 26 yaşlı oyunçunun komandanın ən yaxşı futbolçularından biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, Alvares kimi oyunçu tapmaq çox çətindir və bu səbəbdən argentinalı hücumçu haqqında yalnız müsbət danışa bilər.
Simeone futbolçunun gələcəyi ilə bağlı suala isə ehtiyatlı cavab verib. O, Alvaresin hazırda Argentina millisinin növbəti oyununa köklənməli olduğunu söyləyib və məsələlərin zamanla həllini tapacağını qeyd edib.
Qeyd edək ki, Alvaresin adı son vaxtlar “Barselona” ilə transfer iddialarında hallanır.
