“Mançester Siti”dən rekord transfer

2 İyul 2026 17:53
89
“Mançester Siti”dən rekord transfer

İngiltərənin “Mançester Siti” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib.

İdman.Biz “The Times”a istinadən xəbər verir ki, “şəhərlilər” “Nottinqem Forest”in yarımmüdafiəçisi Elliot Andersonun transferini razılaşdırıb. Keçid 116 milyon funt sterlinqə (261 milyon AZN) başa gəlib.

23 yaşlı futbolçunun tibbi müayinədən keçdiyi və “Mançester Siti” ilə beşillik müqavilə razılaşdırdığı bildirilir. Anderson DÇ-2026 başa çatdıqdan sonra İngiltərəyə qayıdaraq müqaviləni rəsmən imzalayacaq.

Bu transfer “Mançester Siti” tarixində rekord keçid sayılır. Andersonun məbləği 2021-ci ildə Cek Qriliş üçün ödənilən 100 milyon funt sterlinqlik (224 milyon AZN) göstəricini geridə qoyub.

İdman.Biz