Türkiyənin “Qalatasaray” futbol klubunda çıxış edən Viktor Osimhenin “Mançester Yunayted”ə transferi baş tutmaya bilər.
İdman.Biz xəbər verir ki, bu barədə “Manchester Evening News”un yazarı Tayron Marşall məlumat yayıb.
Onun sözlərinə görə, İngiltərə nəhəngi hücum xəttini gücləndirmək istəsə də, Osimhen transferi real görünmür. Nigeriyalı forvardın yüksək transfer məbləği və Türkiyədə aldığı maaş bu keçidin qarşısındakı əsas maneələr sayılır.
“Mançester Yunayted”in Osimheni transfer hədəfləri arasında saxladığı bildirilsə də, hazırkı şərtlər altında danışıqların irəliləməsi çətin hesab olunur.
Qeyd edək ki, Osimhen “Qalatasaray”a keçdikdən sonra bütün turnirlərdə 74 oyuna çıxıb. Ulduz hücumçu bu matçlarda 59 qol vurub və 16 məhsuldar ötürmə edib.
