"Əl-Hilal"ın hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanı Premyer Liqasının yeni mövsümünün ilk oyun günündə mübahisə ilə yadda qalıb.
İdman.Biz-in "Goal"a istinadən verdiyi məlumata görə, 38 yaşlı fransız futbolçu "Əl-Feysali" ilə matçda əvəzetməsindən narazı qalıb.
Benzema oyuna start heyətində başlayıb və hesabı penalti ilə açıb. 70-ci dəqiqədə "Əl-Hilal"ın baş məşqçisi Simone İnzagi hücumçunu əvəz etmək qərarına gəlib və meydana Kot-d'İvuar əsilli Məhəmməd Kader Meyteni çıxarıb.
Məşqçinin qərarı Benzemanı qəzəbləndirib. Sosial mediada yayılan videolarda fransız futbolçunun meydanı tərk etdikdən sonra İnzaqinin köməkçilərindən biri ilə mübahisə etdiyi görünür.
Hücumçu ilə bağlı hadisəyə baxmayaraq, "Əl-Hilal" yeni mövsümə uğurlu başlanğıc edərək 4:2 hesabı ilə qalib gəlib.
Benzema ötən qış Səudiyyə Ərəbistanı klubuna qoşulub. O vaxtdan bəri bütün yarışlarda 14 oyun keçirib, 10 qol vurub və beş məhsuldar ötürmə edib.
