“Koventri Siti” yoxlama oyununda “Monako”nu məğlub edib

15 Avqust 2026 01:35
174
“Koventri Siti” yoxlama oyununda “Monako”nu məğlub edib

“Koventri Siti” və “Monako” arasında keçirilən yoxlama oyunu başa çatıb.

İdman.Biz bildirir ki, İngiltərə komandası 2:0 hesabı ilə qalib gəlib.

Oyun “Coventry Building Arena”da keçirilib.

Ellis Simms 12-ci dəqiqədə hesabı açaraq ingilis komandasına üstünlük qazandırıb. Lum Çauna 32-ci dəqiqədə ev sahibi komandanın üstünlüyünü ikiqat artırıb.

“Koventri Siti” ötən mövsüm 95 xal qazanaraq Çempionşipin qalibi olub. “Monako” Liqa 1-də 54 xalla yeddinci yeri tutub.

"Koventri Siti" yeni Premyer Liqa mövsümünün ilk turunda 21 avqustda səfərdə "Arsenal"la, "Monako" isə 23 avqustda Liqa 1-in ilk turunda səfərdə "Havr"la qarşılaşacaq.

İdman.Biz