“Atalanta” yoldaşlıq oyununda “Atletik Bilbao”ya qalib gəlib

15 Avqust 2026 01:53
128
“Atalanta” yoldaşlıq oyununda “Atletik Bilbao”ya qalib gəlib

İtaliyanın “Atalanta” və İspaniyanın “Atletik Bilbao” klubları arasında keçirilən yoldaşlıq oyunu bitib.

İdman.Biz xəbər verir ki, Berqamo komandası matçı 1:0 hesabı ilə qazanıb.

Oyunun yeganə qolunu Nikola Zalevski vurub. Polşalı yarımmüdafiəçi ikinci hissənin əvvəlində, 46-cı dəqiqədə fərqlənib.

Ötən mövsüm “Atalanta” Seriya A-da 59 xalla yeddinci yerdə qərarlaşmışdı. “Atletik” 2025/2026 mövsümünü 45 xalla 12-ci yerdə başa vurub.

İtaliya komandası yeni mövsümə 20 avqustda Konfrans Liqasının seçmə mərhələsində “Hapoel Təl-Əviv”lə qarşılaşma ilə başlayacaq. İspaniya klubu avqustun 22-də La Liqada “Sevilya” ilə qarşılaşacaq.

İdman.Biz