“Əl-Hilal” Pro Liqanın ilk matçında qələbə qazanıb

15 Avqust 2026 01:18
158
“Əl-Hilal” Pro Liqanın ilk matçında qələbə qazanıb

Səudiyyə Ərəbistanı Pro Liqasında 2026/2027-ci il mövsümünün ilk oyununda “Əl-Hilal” və “Əl-Feysali” komandalar qarşılaşıblar.

İdman.Biz bildirir ki, oyun Ər-Riyaddakı “Kingdom Arena”da baş tutub və “Əl-Hilal” 4:2 hesabı ilə qalib gəlib.

“Əl-Hilal”ın hücumçusu Kərim Benzema 19-cu dəqiqədə penaltidən qol vuraraq hesabı açıb. Yeddi dəqiqə sonra hücumçu Malkom ev sahibi komandanın üstünlüyünü artırıb. 28-ci dəqiqədə yarımmüdafiəçi Ruben Neveş penalti zərbəsi ilə hesabı daha da artırıb. 59-cu dəqiqədə hücumçu Aleksandr Mendi “Əl-Feysali”nin heyətində fərqlənib. Beş dəqiqə sonra cinah oyunçusu Teo Bonqonda qonaqların ikinci qolunu vurub. Daha sonra Neveş 82-ci dəqiqədə penaltidən ikinci qolunu vurub – 4:2.

İdman.Biz