Türkiyə Superliqasında 2026/2027 mövsümünün açılış matçında “Qalatasaray” öz meydançasında debütant “Arca Çorum” FK ile 2:2 heç-heçə edib.
İdman.Biz bildirir ki, “sari-qırmızılılar” Viktor Osimhenin 53-cü dəqiqədə vurduğu qolla irəli çıxıblar.
59-cu dəqiqədə “Çorum”un oyunçusu Aleksandros Kiziridis hesabı bərabərləşdirib. Bu, həmdə “Çorum” Superliqada vurduğu ilk qol olub. 61-ci dəqiqədə isə debütant Xesus Reamiresin qolu ilə önə keçib.
“Qalatasaray” hesabı yalnız 90-cı dəqiqədə bərabərləşdirib. Yenə də Osimhen fərqlənib.
Beləliklə, “Arca Çorum” Türkiyə Superliqasında ilk xalını qazanıb.
“Qalatasaray” ötən mövsüm Türkiyə çempionu olub.
