Fernando Qaqo mətbuat konfransında infarkt keçirdi

20 İyun 2026 16:45
101
Fernando Qaqo mətbuat konfransında infarkt keçirdi

Argentina millisinin sabiq futbolçusu Fernando Qaqo mətbuat konfransı zamanı özünü pis hiss edərək infarkt keçirib.

İdman.Biz xəbər verir ki, hazırda Çilinin “Universidad de Chile” klubuna rəhbərlik edən 40 yaşlı mütəxəssis komandasının qələbəsindən sonra jurnalistlərin suallarını cavablandırarkən səhhətində problem yaranıb.

Hadisədən dərhal sonra xəstəxanaya çatdırılan argentinalı məşqçi əməliyyat olunub. Həkimlər onun vəziyyətini nəzarətdə saxlayırlar.

Qeyd edək ki, Fernando Qaqo futbolçu karyerası ərzində Argentina millisinin heyətində 2014-cü il dünya çempionatının gümüş mükafatını qazanıb. O, bu ilin mart ayından etibarən “Universidad de Chile” futbol klubunun baş məşqçisi vəzifəsində çalışır.

İdman.Biz