Millimizin üzvləri karyeralarını “Şamaxı” FK-da davam etdirəcəklər

20 İyun 2026 17:42
83
Millimizin üzvləri karyeralarını “Şamaxı” FK-da davam etdirəcəklər

21 yaşadək Azərbaycan millisinin futbolçuları Edqar Ədilxanov və Oruc Məmmədov karyeraları ilə bağlı qərar veriblər.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, hər iki oyunçu digər Premyer Liqa təmsilçilərinin diqqət mərkəzində olublar.

Lakin onlar 2026/2027 mövsümündə də “Şamaxı”nın formasını geyinəcəklər.

Qeyd edək ki, Edqar Ədilxanov 2023-cü ildən, Oruc Məmmədov 2025-ci ildən “şirlər”in formasını geyinir. Hər ikisinin müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir.

İdman.Biz